Card image cap

ADNSU-da İTİF tələbə birliklərinin təsis konfransı keçirilib

Mayın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin (İTİF) tələbə birliklərinin təsis konfransı keçirilib.

Tədbirdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, universitetin Tələbə Həmkarlar İttifaqı komitəsinin sədri Namiq Gəncəyev, İTİF-in dekanı, dosent Fərid Ağayev, professor- müəllim heyəti və tələbələr iştirak ediblər.

Sonra İTİF fakültəsinin kurslar üzrə THİK sədrləri və sədr müavinləri seçilib. Həmçinin tələbələrin təşəbbüsü ilə yaradılan Qızıl Aypara, Şəhid və qazi ailələri ilə iş, yaradıcı fəallar qrupu və  İdman təşkilatı ilə iş qruplarının sədr və müavinləri təsdiq edilib. Bundan əlavə Tələbə Gənclər Təşkilatının (TGT), Tələbə Elmi Cəmiyyətinin (TEC) sədr və müavinləri, StartUp qrupunun sədri təsdiq olunub.

Dekan, dosent Fərid Ağayev yeni seçilən sədrlərə gələcək fəaliyyətlərində uğurlar diləyib, universitetin ictimai həyatında aktiv olmağı və sosial layihələrdə iştirak etməyi tövsiyə edib