Card image cap

ADNSU-da süni intellekt mövzusunda təlim keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Galactech School tərəfindən hazırda dünyada trend olan Süni İntellekt mövzusunda "Age of AI" adlı tədbir keçirilib. İnteraktiv formatda və ingilis dilində keçirilən təlim əsasən süni intellekt üzrə dünyada baş verən son yenilikləri və süni intellektin gələcək ehtimal olunan tətbiqləri mövzusunu əhatə edib.

Tədbirdə universitetin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin əməkdaşı Aytac Məlikova, Galactech School Təlim Mərkəzinin direktoru Orxan Əhmədov, korperativ əlaqələr üzrə meneceri Fidan Əlizadə və tələbələr iştirak ediblər.

Mərkəzin direktoru Orxan Əhmədov süni intellekt mövzusunda geniş təqdimatla çıxış edib.

Sonda tələbələrin sualları cavablandırılıb və iştirakçılara Galactech School tərəfindən xüsusi hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Galactech School İngiltərə, ABŞ təhsil-tədqiqat şirkətləri ilə əməkdaşlıq çərçivəsində tədqiqatlar apararaq təhsildə innovativ modellər tətbiq edən, EdTech konseptli qlobal bazar üçün nəzərdə tutulmuş startup fəaliyyəti göstərən, IT sahələrinin tədrisini optimallaşdırma məqsədli lokal metodologiyalar yaradan bir təhsil brendidir.