Card image cap

Azİİ e Kitab Evində “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı kitab sərgisi keçirilib

Mayın 6-da Azərbaycan Dövlət Neft Sənaye Universitetinin (ADNSU) Azİİ e Kitab Evində “Şuşa İli”-nə həsr olunmuş “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı kitab sərgisi keçirilib.

Müzəffər Ordumuzun tarixi ərazilərinin,o cümlədən  qəhrəman Şuşa şəhərinin və Şuşa qalasının azad edilməsi uğrunda qazandığı qələbələrə ithaf olunmuş sərgidə Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtı olan Şuşanın işğaldan azad olunmasını, bərpa və yenidənqurma işlərinin aparılmasını, Qarabağın tarixini, görkəmli şəxsiyyətlərini, mədəni irsini, Qarabağ müharibəsini əks etdirən kitablar eləcə də Şuşa haqqında sənədlər,  məqalələr, fotoqalereya və digər sənədlər təqdim olunub.

Sərgidə həmçinin Milli kitabxana tərəfindən hazırlanmış Şuşaya həsr olunmuş ilk fundamental biblioqrafiya da daxil olmaqla 40-dan çox kitab və digər material yer alıb. Şuşanın işğaldan azad edilməsinin  bir illiyi münasibətilə tərtib olunmuş biblioqrafiyada Şuşanın tarixi, mədəniyyəti, musiqisi və ədəbi mühiti, tarixi və memarlıq abidələri, ictimai-siyasi həyatı haqqında kitablar, dövri mətbuatda, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapıb.