Card image cap

ADNSU Azİİ e Kitab Evində növbəti kitab təqdimatı keçirilib

 Mayın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e Kitab Evində “Azərbaycan Xanlıqları” kitabının  təqdimatı keçirilib.

Tədbirdə Elmi işlər üzrə prorektorun müavini, professor Qəhrəman Həsənov, müəllif, Humanitar fənlər kafedrasının müdiri, professor Camal Mustafayev, həmin kafedranın professoru İradə Nuriyeva, kafedranın dosenti Yaşar Əhmədov, dosent Tahir Cəfiyev və tələbələr iştirak ediblər.

Təqdimatı giriş sözü ilə açan Azİİ e Kitab Evinin direktoru Səlahət Mahmudova Azərbaycan Xanlıqlar dövrünün tarixini özündə əks etdirən kitabın gənc oxucular üçün əhəmiyyətindən danışıb.

Sonra iştirakçılar nəfis tərtibata malik kitabın tələbələrlə yanaşı, tarixçilər və mənbəşünaslar, eləcə də Azərbaycanın qədim tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün qiymətli elmi mənbə olduğunu qeyd edib və milli dövlətçiliyimizin əsaslarının, tarixi reallıqlarının öyrənilməsində önəmindən danışıblar.

Qeyd edək ki, Rəşid Rzayev, Camal Mustafayev və Abbas Seyidovun müəllifi olduğu ”Azərbaycan xanlıqları” (dövlətçilik rəmzləri, hüquq sistemi, pul dövriyyəsi, sikkə zərbi) kitabı yüksək keyfiyyətlə və nəfis tərtibatla işlənib.

Monoqrafiyada XVIII əsrin ikinci yarısı-XIX əsrin əvəllərində Azərbaycan ərazisində mövcud olmuş iyirmidən artıq xanlığın siyasi həyati dövlətçilik rəmzləri, inzibati idarəçilik və hüquq sistemi, pul dövriyyəsinə aid yığcam və ümumiləşdirilmiş materiallar təqdim olunur.