Card image cap

Amazon şirkətinin proqram təminatı üzrə mühəndisi ADNSU-da seminar keçib

Mayın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “Beynəlxalq karyera imkanları” mövzusunda seminar keçirilib. Amazon şirkətinin proqram təminatı üzrə mühəndisi Adil Əliyev UFAZ və ADNSU tələbələri üçün karyera üçün hansı mərhələlərdən keçmək, hansı biklikləri əldə etmək, müsahibəyə hazırlıq və seçim kriteriyaları haqqında təqdimatla çıxış edib.

UFAZ və İsrail-Azərbaycan Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən seminarda Adil Əliyev proqram mühəndisləri üçün beynəlxalq karyera imkanları haqqında danışaraq və tələbələrə qlobal əmək bazarında necə iş tapmaq və müsahibələrə hazırlaşmaq barədə məlumat verib. Seminarda “Beynəlxalq karyera imkanları” mövzusunda müzakirələr aparılıb.

ADNSU rektorunun İT və innovasiyalar üzrə müşaviri Rasim Abdullayev, qonaq Adil Əliyev və tələbələr birgə gələcək planlar üzrə yol xəritəsini müzakirə ediblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırlıb.