Card image cap

ADNSU-da “Açıq mikrofon” keçirilib

Mayın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti “Açıq mikrofon” keçirilib.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Covid-19 pandemiyası ilə bağlı son vəziyyətdən söz açan rektor, professor M.Babanlı ölkədə və eyni zamanda universitetdə karantin rejiminin yumşaldılmasından və ənənəvi tədrisdən danışıb.

2021/2022-ci tədris ilinin yaz imtahan sessiyasına hazırlıq prosesindən danışan rektor, professor M.Babanlı tələbələrin tədrisdə keyfiyyət göstəricilərinin və imtahanlara hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində  görülən işləri diqqətə çatdırıb.

ADNSU tələbələrinin işlə təmin olunması və əmək bazarına inteqrasiyası üçün universitetin Məzun Karyera Mərkəzi tərəfindən mütəmadi  işlər aparıldığını deyən Rektor, professor M.Babanlı ənənəvi olaraq keçirilən Məzun-Karyera Sərgisinin bu dəfə də partnyor müəssisələrin iştirakı ilə offlayn formatda keçiriləcəyini qeyd edib.

Rektor M.Babanlı universitetin beynəlxalq əlaqələri, elmi işlərdə qazanılan uğurlar, xarici universitetlərlərlə birgə həyata keçirilən yeni layihələr, əcnəbi tələbələrin universitetə cəlb olunması, akkreditasiya olunan ixtisaslar, tələbələrin xarici dil biliklərinin yüksəldilməsi üçün həyata keçirilən yeniliklər, həmçinin HPC mərkəzin fəaliyyəti, Məzun Karyera Sərgisinə hazırlıq və başqa məsələlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Rektor M.Babanlı həmçinin mövcud çatışmazlıqlar haqqında irad və təkliflərini bildirib, həlli vacib olan məsələlərin icra olunması istiqamətində göstərişlər verib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.