Card image cap

ADNSU-da məktəblilər üçün ekskursiya təşkil olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə “Fortis Group” MMC arasında əməkdaşlığın yeni mərhələsi davam edir. Mayın 13-də “Fortis Group” MMC tərəfindən təhsilə dəstək məqsədilə yaradılan “Fortis Academy” layihəsinin tədris mərkəzində təhsil alan yuxarı sinif şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ekskursiyada olublar.

Şagirdlər əvvəlcə ADNSU-nun tarix muzeyini ziyarət edib, neft tarixinə və universitetə aid eksponatlarla tanış olublar. Universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev məktəblilərə rektor, professor Mustafa Babanlının salamını çatdıraraq onlara universitetin 100 ildən çox olan tarixi, müxtəlif dövrlərdə fəaliyyəti, fəxri məzunları və s. haqqında ətraflı məlumat verib. Sonra universitetin Mineralogiya muzeyini ziyarət edən şagirdlər burada saxlanılan müxtəlif növ eksponatlarla tanış olublar. Tələbələr universitetin kitabxanasını, auditoriyaları, laboratoriyaları gəzib, universitetdə tədris prosesi ilə yaxından tanış olublar. 

Qeyd edək ki, ekskursiyanın məqsədi şagirdləri ali məktəb mühiti ilə tanış etməkdir.