Card image cap

ADNSU tələbəsi “Oil and gas expert 2021” Olimpiadasında I yerə layiq görülüb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) xarici dillər kafedrasının təşkilatçılığı ilə keçirilən ingilis dili üzrə  “Oil and gas expert 2021” Olimpiadasının qalibi olublar.

Onlayn formatda keçirilən Beynəlxalq Olimpiadada ADNSU-nun BA proqramlarının I kurs tələbəsi Əli Şükürlü (I yer) , Qaz-neft mədən fakültəsinin (QNMF) III kurs tələbəsi Berziqiyazova Alina (II yer) və Zu proqramlarının II kurs tələbəsi Sultanova Nəcibə ingilis dilində esse yazı müsabiqəsindən uğurla keçərək, qalib olublar.  Bundan əlavə universitetin xarici dillər kafedrasının  baş müəllimi Yelena Vəliyeva və kafedranın dosenti Gülnarə Əhmədova tələbələrin Olimpiadaya hazırlığına göstərdikləri dəstəyə görə “ Təşəkkürnamə” ilə təltif olunublar.

Qeyd edək ki, 2 mərhələdən ibarət Beynəlxalq Olimpiada dekabrın 11 də başlayıb.  Olimpiadada qeyri-linqvistik universitetlərin bakalavr tələbələri və mütəxəssisləri iştirak ediblər. Olimpiada çərçivəsində iştirakçılar bir neçə növ test tapşırığı, həmçinin oxu, qrammatika, lüğət, yazı yerinə yetirib və verilmiş mövzu üzrə esse yazıblar. Qiymətləndirmə müsabiqənin münsiflər heyəti tərəfindən aparılıb və dekabrın 29-u qaliblər elan olunub. Qaliblər UDNTU-nun diplomları ilə, müsabiqənin qaliblərini hazırlayan rəhbər-müəllimlər isə UDNTU-nun  təşəkkürnamələri ilə təltif olunublar.