Card image cap

İctimai Etimad Şurasının üzvləri ADNSU-da imtahan prosesini izləyiblər

İyunun 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimai Etimad Şurasının nümayəndələri universitetdə yaz imtahan sessiyasının gedişatını izləyiblər. İctimai Etimad Şurasının üzvləri əvvəlcə ADNSU-nun şəhid məzunlarının xatirsəinə həsr olunmuş kopmleksi ziyarət edib, sonra imtahan keçirilən auditoriyaları gəzib, müəllim və tələbələrin imtahanlara hazırlıq səviyyəsi, həmçinin imtahanların şəffaf mühitdə keçirilməsi üçün yaradılan şəraitlə yaxından tanış olublar.

Şura üzvləri imtahana nəzarət prosesini yüksək qiymətləndirib və tələbələrin hazırlıq səviyyəsi, eləcə də imtahanların gedişatından razı qaldıqlarını bildiriblər.