Card image cap

ADNSU-da İsrail səfirliyinin missiya rəhbərinin müavini ilə işçi görüş keçirilib

İyunun 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İsrailin Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Doron Peer və İqtisadiyyat məsələləri üzrə əməkdaş Vüsal Mürsəlzadə ilə görüş keçirilib.

Əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə çıxış edən rektorun İT və innovasiyalar üzrə müşaviri Rasim Abdullayev İsrail Azərbaycan Tədris mərkəzinin fəaliyyəti, İT kursları, görülən işlər və əməkdaşlıq əlaqələri haqqında qonaqlara ətraflı məlumat verib. Qonaqlara həmçinin universitetin əcnəbi tələbələr dekanlığının fəaliyyəti və ADNSU-da əcnəbi tələbələr üçün yaradılan şərait barədə məlumat verilib.

Universitetdə olmaqdan məmnunluğunu ifadə edən missiya rəhbərinin müavini D.Peer ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını və Universitetin İsrail Azərbaycan Tədris mərkəzi ilə əməkdaşlığa dəstək üçün hər cür tərəfdaşlığa hazır olduqlarını vurğulayıb.

Sonra əməkdaşlıq oluna biləcək istiqamətlər üzrə fikir mübadiləsi aparılıb, İsrailli tələbələrin universitetə cəlb olunması, professor-müəllim heyətinin mübadiləsi və digər sahələrdə əməkdaşlıq üçün birgə yol xəritəsinin hazırlanmasının əhəmiyətindən danışılıb.