Card image cap

UFAZ-da bakalavr proqramlarına qəbul ilə bağlı “Açıq mikrofon” keçirilib

İyunun 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 2022/2023-cü tədris ili üzrə bakalavar proqramlarına qəbul ilə bağlı valideynlər və abituriyentlər üçün “Açıq mikrofon” günü keçirilib.

Görüşdə iştirak edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı Azərbaycan-Fransız Universitetinə qəbul və qeydiyyat prosesi, UFAZ imtahanı, universitetin maddi-texniki bazası, həmçinin təhsil müəssisəsində tədris proqramları barədə məlumat verib, abituriyentlərin və onların valideynlərinin suallarını cavablandırıb.

Qeyd edək ki, UFAZ-da 2022/2023-cü tədris ili üzrə bakalavr proqramlarına qəbul imtahanı üçün qeydiyyat 1 avqust tarixinədək davam edəcək. UFAZ-a qəbul imtahanı 4 avqust tarixində baş tutacaq.