Card image cap

Azİİ e-Kitab Evində “Azərbaycan Respublikasının tarixi” kitabının təqdimatı keçirilib

İyunun 23-də ADNSU Azİİ e-Kitab Evində professor Musa Qasımlının “Azərbaycan Respublikasının tarixi” (1991-2021)” adlı kitabının təqdimatı keçirilib. Tədbirdə Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova kitab haqqında məlumat verib. Bildirilib ki,  kitab BDU-nun Elmi Şurasının qərarı ilə nəşr olunub. 2021-ci ildə işıq üzü görən kitab 2 cilddən ibarətdir. Ümumilikdə 1991-2021-ci illəri əhatə edir. 1 cild 1991-2003, II cild isə 2003-2021-ci illəri əhatə edir. Yüksək keyfiyyətə və nəfis tərtibata malikdir.

1cilddə Azərbaycan Respublikası siyasi tarixnin ən vacib problemləri tədqiq edilib. Nəşrdə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının başlanılması, soydaşlarımızın öz dədə-baba torpaqlarından  qəddarcasına qovulması, Əsgəranda qan tökülməsi, Sumqayıt və 20 Yanvar hadisələrindən bəhs olunub.

Həmçinin kitabın birinci cildində Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda qəbul edilən qərarlar, Xocalı soyqırımı, ulu öndər Heydər Əliyevin xarici səfərləri, Əsrin müqaviləsi-neft strategiyası, ilk konstitutsiyanın qəbulu, Prezident İlham Əliyevin o zaman Baş nazir təyin olunması, BMT baş məclisində nitqi və digər mühüm tarixi hadislər geniş şərh olunub.

II cilddə 2003-cü il 15 oktyabr Prezident seçkiləri, Bakı-Tbilisi-Qars dəmir yolunun təməlinin qoyulması, Heydər Əliyev Fondunun yaranması,Türkiyə-Azərbaycan birgə təlimləri, ölkədə hərbi vəziyyət, xalq-ordu birliyinin yaranması, torpaqlarımızın düşmən tapdağından azad olunması, Zəfər paradı və digər əlamətdar hadisələr qeyd olunub. Kitab ali məktəblərin tarix və siyasi elmlər sahəsində təhsil alan siyasətçilər,diplomatlar və Az.Res-nın tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

ADNSU-nun Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova, Humanitar fənlər kafedrasının müdiri, professor Camal Mustafayev, həmin kafedranın əməkdaşları - professor İradə Nuruyeva, dosent Yaşar Əhmədov və dosent Tahir Cəfiyev çıxış edərək kitab haqqında təəsüratlarını bölüşüblər və belə nəşrin oxucular üçün dəyərli vəsait olduğunu vurğulayıblar. Qeyd edək ki, təqdimatda universitetin Humanitar fənlər kafedrasının professor-müəllim heyyəti yaxından iştirak ediblər və onlar kitabda Azərbaycan üçün mühüm olan hadisələrin yer aldığını diqqətə çatdırıblar.