Card image cap

SPE Tələbə Sammitində Rusiya-Xəzər regionunda enerji keçidi müzakirə olunub

20-21 may tarixlərində Azərbaycan Neft MühəndislərCəmiyyətinin (SPE) tələbə bölməsi bərpa olunan enerjiyə həsr olunmuş regionun ilk tələbə sammitini təşkil edib.

Caspian Energy Sammiti Azərbaycanda və Rusiya-Xəzər regionunda neft və qazdan bərpa olunan enerjiyə keçidə yönəlmiş ilk SPE Tələbə Sammitidir. Sammit Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan-Fransız Universitetinin, SPE Azərbaycan bölməsi, Equinor BP-nin dəstəyi ilə təşkil olunub.

SPE prezidenti Kamel Ben-Naceur sammit iştirakçılarına video müraciət edib. Müraciətdə enerji keçidinin mövzusu təkcə bizim nəsillər üçün deyil, həm də gələcək nəsillər üçün davamlı enerji gələcəyinə malik olmasını təmin etməyin son dərəcə vacibliyi vurğulanır. Qeyd olunur ki, enerjinin mövcudluğu, enerji təhlükəsizliyi, enerjinin əlverişliliyi və nəhayət təmiz enerji bu gün ən vacib məsələlərdir.

SPE prezidentinin müraciətindən sonra SPE Azərbaycan bölməsinin direktoru Aleksandra Xramtseva “Azərbaycanın Bərpa Olunan Enerji Mənbələrinə Baxış”, SPE Gaia Regional Əlaqə üzrə İlyas Sarıbekov “SPE Gaia Girişi” mövzularında çıxış ediblər. Azərbaycanın BP, Socar, Equinor, Total, EcoEnergy, Socar Downstream və Masdar kimi əsas enerji şirkətlərinin nümayəndələri öz çıxışlarında keçid dövrünün perspektivləri, həyata keçirilən və gələcək layihələr, gələcək nəsil qarşısında duran vəzifələr, eləcə də enerji keçidinin texniki aspektləri barədə danışıblar.

Sammit bərpaolunan enerji layihələri üzrə komanda yarışı ilə davam edib. 11 komandanın üzvləri gəncmütəxəssislər üç yerli universitetin tələbələri olub. Hər bir komanda öz layihəsini Azərbaycan-FransızUniversitetinin professorlarından bərpaolunan enerjiüzrə çalışan EcoEnergy, TotalEnergies, SocarDownstream Avropa Yenidənqurma İnkişafBankının sənaye peşəkarlarından ibarət münsiflərheyətinə təqdim edib. Yarışda Azərbaycan-FransızUniversitetininSuperNovakomandası birinci yerəlayiq görülüb.