Card image cap

Azİİ e-Kitab Evinə daxil olmuş “Yeni nəşrlər”lə bağlı kitab sərgisi keçirilib

     Sentyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində fonda daxil olan  yeni kitabların sərgisi keçirilib. Sərgidə 2022-ci il tədris ilində  ADNSU Azİİ e -Kitab Evinə daxil olmuş və müxtəlif elm sahələrini əhatə edən kitablar, avtoreferat və dissertasiyalar, iqtisadi və statistik göstəricilər, jurnallar və digər materiallar nümayiş olunacaq. Kitablar texniki, bədii, ictimai-siyasi sahələri əhatə etməklə, azərbaycan, rus, ingilis dillərindədir və əsasən dərsliklərdən, dərs vəsaitlərindən, monoqrafiyalardan ibarətdir. Sərgidə həmçinin II Qarabağ müharibəsində Azərbaycanın Zəfər səlnaməsini yazan qəhrəman oğullarımıza və ADNSU-nun şəhid məzunlarına həsr olunmuş kitablar da yer alıb. Ümumilikdə sərgidə 136 adda kitab, 9 adda dissertasiya, avtoreferat və jurnallar nümayiş olunub.

   ADNSU-nun professor-müəllim və tələbə heyətini 15 sentyabr tarixində Azİİ e -Kitab Evində təşkil olunmuş “Yeni nəşrlər”adlı kitab sərgisində yeni kitablarla tanış olmağa dəvət edirik.