Card image cap

Azİİ e-Kitab Evində “27 sentyabr Anım günü” adlı kitab sərgisi təşkil olunub

    Sentyabrın 26-da Azİİ e Kitab Evində Vətən müharibəsi zamanı canından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş “27 sentyabr Anım günü” adlı kitab sərgisi təşkil edilib.

     Sərgidə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən  siyasətindən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, şəhidlərimizə, həmçinin ADNSU-nun şəhid məzunlarına həsr olunmuş kitablar və eləcə də dövri mətbuatda canlandırılan materiallar, fotolar və albomlar yer alıb.