Card image cap

“MOL Azerbaijan Ltd” şirkəti Azİİ e- Kitab Evinə müxtəlif kitablar hədiyyə edib

Oktyabrın 3-də Macarıstanın Azərbaycanda fəaliyyət göstərən “MOL Azerbaijan Ltd” şirkətinin icraçı direktoru Atilla Somfaı və şirkətin İnsan resursları və funksional xidmətlər üzrə meneceri Vəfa Rüstəmova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e- Kitab Evində olub.

Görüşdə ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova, Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova və digər əməkdaşlar iştirak ediblər. Universitetdə olmaqdan məmnun olduğunu deyən A.Somfaı, Azİİ e-Kitab Evi ilə əməkdaşlığı davam etdirmək istədiyini bildirib. Kitabxanada tələbələr üçün yaradılan şəraitlə tanış olan A.Somfaı qədim əlyazmalar və kitablarla maraqlanıb.

Yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq "MOL Azerbaijan Ltd” şirkəti tərəfindən Azİİ e- Kitab Evinin bazasına  40 adda  kitab hədiyyə olunub. Kitablar ingilis və digər  xarici dillərdə olmaqla əsasən lüğətlərdən ibarətdir.

Xatırladaq ki, MOL Group şirkəti mərkəzi ofisi Budapeşt şəhərində yerləşən beynəlxalq neft və qaz şirkətidir. 100 ilə yaxın təcrübəyə malik olan şirkət Avropada ən böyük neft şirkətlərindən biri olmaqla “Əsrin Müqaviləsi”nin üzvüdür,“Azəri-Çiraq-Günəşli”(AÇG) və “Bakı- Tbilisi-Ceyhan”(BTC) boru kəmərində pay almaqla Azərbaycana daxil olub.