Card image cap

ADNSU tələbələri mühazirə dərslərini istehsalat müəssisəsində keçiblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya texnologiya fakültəsinin əyani şöbəsinin bakalavr təhsil pilləsində “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrinin dərsləri sillabusa uyğun olaraq SOCAR POLYMER (Sumqayıt şəhəri) istehsalat müəssisəsində keçirilib. Geniş əraziyə malik olan zavodda tələbələr əvvəlcə Sağlamlığın, Əməyin Təhlükəsizliyinin qorunması və Ətraf Mühitin mühafizəsi (SƏTƏM) ilə tam məlumatlandırılıb. Daha sonra tələbələr onlara ayrılmış mikro avtobuslarla zavod ərazisində gəzərək qurğular haqqında geniş məlumat almış və polimerlərin (yuxarı sıxlıqlı polietilen və polipropilen) alınması prosesini müşahidə ediblər.

Tələbələrə zavodda fəaliyyət göstərən iri ölçülü ekstruderlərin iş prinsipi izah olunub. Ekstruderlərin birində istehsal olunan polietilenin dənəvər şəklinə çevrilməsi, digərində isə alınan polietilenin tərkibinə karbon əlavə edilərək kompozisiyanın hazırlanma prosesi izlənilib. Qurğularla tam tanışlqdan sonra tələbər ən son model cihazlara malik laboratoriyalarda bir çox analizlərin necə aparıldığını müşahidə ediblər. Labarotoriyalarda polimerlərin ərimə indeksi, əyilmədə və qırılmada möhkəmlik həddi, Martensə və Vikaya görə istiliyə davamlılıq həmçinin, xromotoqrafların iş prinsipi tələbələrə izah edilib.