Card image cap

ADNSU-da Mülki Müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib

İyunun 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib. Mülki müdafiə qərargahının rəisi Elşən Məmmədovun rəhbərliyi ilə keçirilən toplantıda universitetin fakültə və şöbələrindən 6 mülki müdafiə qüvvəsi iştirak edib. E.Məmmədov fövqəladə vəziyyətlərdə minimum tələfat və itki ilə vəziyyətdən çıxma yolları və davranış qaydaları haqqında təlimat verib. Ümumi təlimatlardan danışan qərargah rəisi fövqəladə hallar zamanı yaranan vəziyyətlərdən çıxış yollarını izah edib.

Qeyd edək ki, mülki müdafiə üzrə keçirilən məşqlər ADNSU-nun mülki müdafiə rəisi, rektor, prof. Mustafa Babanlı və Nəsimi rayonu Fövqəladə Hallar və Müdafiə Şöbəsinin rəisi Musa Məhərrəmov tərəfindən razılaşdırılmış illik tədbirlər planına uyğun keçirilir. Toplantı il ərzində iki dəfə fövqəladə hallarda həyəcan siqnalı verildikdə toplanmaq və verilən təlimatlara düzgün riayət etmək məqsədi ilə təşkil olunur.