Card image cap

Türkiyədə ADNSU-nun əsas təşkilatçılığı ilə "ŞUŞA ILI"- nə həsr olmuş konfrans keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 4-5 noyabr tarixlərində Türkiyənin Akev Antalya Universitetində “ŞUŞA ILİ”- nə həsr olunmuş III Beynəlxalq Elmi-praktiki Konfransda iştirak edib.

5 ölkənin - Azərbaycan, Türkiyə, Fransa, Portuqaliya və Ukraynanın aparıcı universitetlərinin təşkilatçılığı ilə keçirilən “Müasir informasiya ölçmə və idarəetmə sistemləri: problemlər, tətbiqlər və perspektivlər 2022” (MİÖİS 2022) adlı Beynəlxalq Elmi-Praktik Konfrans texnologiyanın inkişafı və idarəetmə sistemlərinin tətbiqi ilə bağlı geniş mühəndislik sahələrini əhatə edib.

Konfrans Şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Konfransın həmsədrlərindən ADNSU-nun “Cihaz mühəndisliyi” kafedrasının müdiri dosent, Lalə Bəkirovanın təqdimatından sonra ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Rafiq Camalov konfransı giriş sözü ilə açaraq, konfrans iştirakçılarını və təşkilatçıları universitetin rektoru professor Mustafa Babanlının adından və universitet adından salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Açılışda həmçinin Antalya Akev universitetinin prorektoru, professor  Kerim Çətin, portuqaliyanın Minho Universietindən professor Euriko Seabra, Türkiyənin Yedditəpə və Gəbzə universitetlərinin eləcə də digər nümayəndələr konfransın əhəmiyyəti və müzakirə olunan elmi tədqiqat mövzuların müasir elmi-texniki inqilabda əhəmiyyətli rolundan, birgə əməkdaşlıq və birgə elmi layihələrdən söz açıblar.

Qeyd edək ki, konfrans öz işini iki bölmə olmaqla müvafiq A, B və C seksiyaları üzrə onlayn və oflayn formatda aparıb. Konfransın təşkilat komitəsində, beynəlxalq komitə və texniki heyətdə 20-yə yaxın ölkənin elm xadimləri iştirak ediblər.