Card image cap

ADNSU-nun əməkdaşlarının Türkiyə Standartlaşdırma Universitetində növbəti görüşü olub

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Türkiyə Standartlaşdırma Universiteti (TSE) arasında sentyabrın 7-də imzalanmış  əməkdaşlıq memorandumunun yol xəritəsinə əsasən mütəmadi olaraq müxtəlif tədbirlər keçirilir. Belə ki, oktyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Cihaz mühəndisliyi” kafedrasında Türk Standartları Universiteti (TSE) Azərbaycan təmsilçisi Gülhan Yüzereroğlu ilə görüş keçirilib. Növbəti görüş isə 8 noyabr 2022-ci il tarixində Gülhan Yüzereroğlunun təşkilatçılığı ilə TSE-nin Ankaradakı baş ofisində reallaşdırılıb.

ADNSU-nun "Cihaz mühəndisliyi” kafedrasının müdiri, texnika elmləri doktoru Lalə Bəkirova və kafedranın müəllimi Səbinə Əliyevanın iştirakı ilə  ADNSU-nun nümayəndə heyəti TSE-nin Ankara ofisindəki müxtəlif təyinatlı  laboratoriyalar və orada aparılan tədqiqatlar əsasında məhsulun standatlara əsasən qiyməyləndirilməsi mərhələləri təcrübəli mütəxəssislər tərəfindən geniş şəkildə təqdim edilib. Türk, beynəlxalq İSO və Avropa standartları barəsində geniş məlumatlar verilib.

Tərəflərin görüşü zamanı 21 müxtəlif təyinatlı laboratoriyaların işi ilə tanışlıq olub. Laboratoriyada baş verən proseslər və istifadə edilən cihaz və avadanlıqların iş prinsipləri əyani şəkildə nümayiş etdirilib. Nümayəndələr həmçinin standartların layihələndirilməsi mərkəzi ilə də tanış olmaq imkanı əldə ediblər. Görüşün sonunda birgə layihələr, kafedranın tələbə və müəllimləri üçün ofline və online təlimlər, milli standartların işlənib hazırlanmasında AZSTAND-la birgə kafedranın professor müəllim heyəti və məzunlarının da iştirakı ilə gələcəkdə planlaşdırılan tədbirlər müzakirə edilib.