Card image cap

ADNSU ilə Zonguldak Bülent Ecevit Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Noyabrın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı (ADNSU) Zonguldak Bülent Ecevit Universitetinin rektoru, professor İsmail Hakkı Özölçer və “Türkiye Petrolleri Anonim Ortaklığı” şirkətinin (TPAO) Azərbaycan rəhbəri Halil Buğra Yavuz və nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ADNSU-dakı tədris prosesi, görülən işlər, əməkdaşlıq əlaqələri və yeni layihələr haqqında qonaqlara ətraflı məlumat verilib. Rektor, professor Mustafa Babanlı həmçinin, Zonguldak Bülent Ecevit Universiteti haqqında danışıb, bildirib ki, bu təhsil müəssisəsi ilə enerji sahəsində əməkdaşlıq xüsusilə əhəmiyyətlidir və yeni müştərək layihələr hər iki təhsil müəssisəsinə böyük uğurlar vəd edir.

Görüşdə Zonguldak Bülent Ecevit Universitetinin rektoru, professor İsmail Hakkı Özölçer və “Türkiye Petrolleri Anonim Ortaklığı” şirkətinin (TPAO) Azərbaycan rəhbəri Halil Buğra Yavuz çıxış ediblər, əməkdaşlıqda yeni perspektivlərdən bəhs ediblər. Professor İsmail Hakkı Özölçer Azİİ təcrübəsinin ömənindən danışıb və bu universitetlə əməkdaşlıqdan məmnun olduğunu vurğulayıb.

Sonda   tərəflər bu və digər istiqamətlər üzrə birgə əməkdaşlığın təmin olunması məqsədi ilə Əməkdaşlıq Memorandumu imzalayıblar.