Card image cap

ADNSU-nun müəllimi Tomar Politexnik Universitetində milli startap layihələri haqqında məlumat verib

15-17 noyabr tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müəllimi tex. f.d. İsmayılov Elviz Portuqaliyanın Tomar şəhərində “Erasmus+ KA2”, “MAGNUS – Partnyor universitetlərdə mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” layihəsi çərçivəsində Entrepreneurship kursunda iştirak edib.

Kurs çərçivəsində Elviz İsmayılov Tomar Politexnik Universitetinin müəllim heyətinə Azərbaycanda startap mühitinin vəziyyəti, inkişafı, mövcud layihələr, bu istqamətdə şəxsi təcrübəsi haqqında məlumat verib. Tədbir çərçivəsində Portuqaliyanın Tomar Universiteti və İngiltərənin Derbi Universitetinin professorları Azərbaycanın müxtəlif univeristetlərinin əməkdaşlarına layihələrin qiymətləndirilməsi mexanizmi, informasiya texnologiyaları və kompüter elmləri haqqında təlimlər keçiblər. Avropada bu istiqamətdə keçirilən yarışlar haqqında məlumat geniş məlumat veriblər.