Card image cap

ADNSU-nun əməkdaşları beynəlxalq layihə çərçivəsində Barselonada olub

       15-17 noyabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iştirak etdiyi beynəlxalq “UniLab” layihəsi çərçivəsində İspaniyanın UPF Barselona Menecment Universitetində tərəfdaş universitetlərlə görüşlər keçirilib.

       Görüşdə Azərbaycan, İspaniya, Avstriya və Fransanın partnyor universitetlərindən olan nümayəndələrlə birgə ADNSU rektorunun İT və İnnovasiyalar üzrə müşaviri Rasim Abdullayev, Beynəlxalq Əlaqələr üzrə prorektor müavini, dosent Ülviyyə Abbasova, Beynəlxalq Əməkdaşlıq şöbəsinin Beynəlxalq layihələr sektorunun müdiri Leyla Nağıyeva iştirak ediblər.  

         Görüşlərdə “UniLab” layihəsi çərçivəsində görülən işlər, tərəfdaş universitetlərin karyera mərkəzlərinin fəaliyyətlərinin beynəlxalq tələblərə uyğunlaşdırılması haqqında fərdi təcrübələrindən danışılıb. Həmçinin görüş zamanı ADNSU-nun layihə çərçivəsində gördüyü işlər və universitetin Karyera Mərkəzində tələbələlər üçün yaradılan şərait haqqında təqdimat nümayiş olunub.  

      Görüş çərçivəsində iştirakçılar UPF Barselona Menecment Universitetinin laboratoriyaları və auditoriyalarında olub, oradakı şəraitlə yaxından tanış olublar.

Qeyd edək ki, ADNSU Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində UniLab “XXI əsrdə Universitetdən əmək bazarına: iş yerləri ilə təmin edilməsində irəliyə doğru bir addım” layihəsinə 2020-ci il yanvarın 1-dən etibarən qoşulub.