Card image cap

ADNSU-nun rektoru universitetin tyutorları ilə görüşüb

Noyabrın 25-də də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetin dekanları və tyutorları ilə görüş keçirib.

Tyutorluq fəaliyyətinin universitet, təhsilin inkişafı, o cümlədən çevik idarəetmə üçün vacib olduğunu deyən rektor, professor Mustafa Babanlı tyutorların əsas vəzifələrindən birinin tələbələrin universitetdə yol xəritəsini müəyyən etmək, onların ən yaxşı dəstəkçisi olduğunu bildirib.

Rektor, professor Mustafa Babanlı xüsusi olaraq diqqətə çatdırıb ki, tyutorlar öz ixtisaslarına uyğun çalışmalıdırlar və bu vəzifəni özlərinin inkişafı üçün, müəyyən müddətə icra etmələri onların inkişafı üçün daha uyğundur. O, əlavə edib bugünün tyutoru gələcəyin müəllimi, alimi, professor olmalıdır və yanaşma da belə olmalı, tyutorluq institutunun formalaşmasını diqqətdə saxlamaq lazımdır.

Sonra tyutorların sualları rektor, professor Mustafa Babanlı tərəfindən cavablandırılıb, onlara öyüd və tövsiyyələr verilib.