Card image cap

ADNSU-nun professor-müəllim heyəti və tələbələr Şəhidlər Xiyabanını ziyarət edib

Yanvarın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) professor-müəllim heyəti və tələbələr Şəhidlər Xiyabanını ziyarət ediblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edən professor-müəllim heyəti və tələbələr şəhidlərin məzarları üzərinə gül dəstələri qoyublar.