Card image cap

ADNSU tələbələri SOCAR Fugro MMC-də yay təcrübəsində iştirak etmək üçün imtahan verib

İyunun 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) I və II Məzun və karyera sərgisində SOCAR Fugro MMC tərəfindən seçilən tələbələrin imtahanı keçirilib. ADNSU-nun Məzun və Karyera Mərkəzi ilə SOCAR Fugro MMC-nin təşkil etdiyi yay təcrübəsində iştirak etmək üçün ümumilikdə 127 tələbə imtahan verib.

90 dəqiqə davam edən imtahanda tələbələr ingilis dili, məntiq və ixtisas suallarını cavablandırıb.

Qeyd edək ki, imtahan mərhələsindən uğurla keçən tələbələr daha sonra müsahibədə iştirak edəcək. Bütün mərhələlərdən müvəffəqiyyətlə keçən 9 tələbə SOCAR Fugro MMC-də yay təcrübə proqramında iştirak etmək hüququ qazanacaq.