Card image cap

ADNSU-nun təhsildə fərqlənən tələbələri mükafatlandırılıb

İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2016/2017-ci tədris ilində təhsildə fərqlənən tələbələrın mükafatlandırılma mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev tədris ilində universitetin ictimai həyatında xüsusi rol oynayan tələbələrin, eləcə də beynəlxalq və ölkə əhəmiyyətli yarışlarda, universitetlər arasında keçirilən olimpiadalarda ADNSU-nu layiqincə təmsil edən tələbələrin uğurları haqqında məlumat verib. Qeyd edilib ki, bu il ADNSU-nun “Gənclik” rəqs ansamblı, “Kim? Harda? Necə?”, futbol və basketbol komandaları yarışlarda universiteti layiqincə təmsil edərək qalib olub.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı tədrisdə fərqlənən 11 nəfər tələbəni  təşəkkürnamə, 9 məzunu isə fəxri fərmanla təltif edib. Universitetin həyatında tələbələrin oynadığı roldan danışan rektor M.Babanlı gəncləri təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb.

“Siz universitetimizin ən layiqli tələbələrisiniz. İstənilən çətin işdə şərəf var. Siz bu çətinliyi şərəflə keçdiniz. Bu gün Azİİ-ni yaşadan onun məzunlarıdır. Mən sizə uğurlar və düzgün seçim arzu edirəm”- deyə rektor, professor M.Babanlı bildirib.

Daha sonra tələbələr onlar üçün yaradılan şəffaf və keyfiyyətli tədris şəraiti üçün rektor Mustafa Babanlıya təşəkkürlərini bildiriblər.