Card image cap

ADNSU ilə Rusiyanın Yuqorsk Dövlət Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb

İyulun 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Rusiyanın Yuqorsk Dövlət Universitetinin tədris işləri üzrə prorektor müşaviri, dosent Roman Şamileviç ilə görüşüb.

Universitetlər arasında əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüşdə neft və qaz sahəsi üzrə birgə kadr hazırlığı, tələbə mübadiləsi və digər mövzularda fikir mübadiləsi aparılıb.

ADNSU-nun rektoru, professor M.Babanlı universitetdə tədris olunan ixtisaslar, beynəlxalq sahədə əməkdaşlıq, əcnəbi tələbələr haqqında qonaqlara ətraflı məlumat verib. Rusiya universitetləri ilə qurulan sıx əməkdaşlıq əlaqələrindən danışan rektor, professor M.Babanlı bu əlaqələri genişləndirmək üçün birgə startap layihələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Universitetin əsas məqsədinin təkcə neft-qaz üzrə deyil, həmçinin sənayenin digər istiqamətləri üzrə də müasir dövrün tələblərinə uyğun kadr hazırlamaq olduğunu qeyd edən rektor M.Babanlı konkret istiqamətdə əməkdaşlıq aparılmasının və neft-qaz və İT sahəsində əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Təmsil etdiyi universitet haqqında ətraflı məlumat verən Yuqorsk Dövlət Uiversitetinin tədris işləri üzrə prorektor müşaviri, dos. R.Şamileviç neft qaz üzrə kadr hazırlığında təcrübələri olduğunu və ADNSU-nun da Fərman Salmanov kimi tanınmış məzunları olduğunu qeyd edib. ADNSU ilə hər cür əməkdaşlığa hazır olduqlarını diqqətə çatdıran R.Şamileviç müəyyən istiqamətlərdə konkret sahələr üzrə əməkdaşlığa başlamağın zəruri olduğunu bildirib. 

Görüşün sonunda tərəflər arasında əməkdaşlığa dair saziş imzalanıb.