Card image cap

ADNSU-da Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib

İyulun 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor M.Babanlı Milli Mətbuat Günü münasibətilə bir qrup KİV nümayəndəsi ilə görüşüb. Milli Mətbuatın yaranmasının 142-ci ildönümü münasibətilə jurnalistləri təbrik edən rektor, professor M.Babanlı media nümayəndələrinə gördükləri məsuliyyətli və şərəfli işdə uğurlar arzulayıb.

Rektor M.Babanlı KİV nümayəndələrinə universitetdə həyata keçirilən islahatlar və görülən işlər barədə məlumat verib. Media ilə təhsil müəssisələrinin əlaqələrinin genişləndirlməsinin vacibliyini qeyd edən rektor M.Babanlı ADNSU-da baş verən yeniliklərin və keçirilən tədbirlərin mətbuatda işıqlandırılmasında jurnalistlərin xüsusi rolu olduğunu vurğulayıb.  

“Respublika” qəzetinin baş redaktorunun müavini Hümmət Musayev, Moderator.az informasiya portalının baş redaktoru Zülfüqar Hüseynzadə, CBC televiziya kanalının Azərbaycan bölməsi üzrə “Xəbərlər” Departamentinin baş redaktoru Səadət Məmmədova və digərləri ADNSU-da gerçəkləşdirilən işlər barədə məlumatları olduğunu qeyd etmiş və ADNSU kimi köklü ali məktəbin beynəlxalq səviyyədə nüfuzunun artaraq reytinq cədvəllərində irəliləməsi üçün geniş imkanları olduğunu vurğulayıblar. Media mənsubları rektor M.Babanlıya Milli Mətbuat günü münasibətilə təşkil olunmuş görüşə görə öz təşəkkürlərini bildiriblər.