Card image cap

ADNSU-da UFAZ-a qəbulla bağlı açıq qapı günü keçirilib

İyulun 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Fransa-Azərbaycan Universitetinə (UFAZ) qəbul ilə bağlı “Açıq qapı” günü keçirilib.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, UFAZ-ın baş katibi Şarlotta Payen, Strasburq Universitetinin prorektoru və UFAZ-ın fizika üzrə baş məsləhətçisı Filip Turek, UFAZ-ın Strasburq Universiteti üzrə koordinatoru Ekard Udzel, həmçinin abituriyentlər və valideyinləri iştirak edib.

Tədbirdə UFAZ haqqında film nümayiş olunub. Daha sonra UFAZ-ın icraçı direktoru V.Əsgərov UFAZ-a sənəd qəbulu və imtahan prosedurlarını izah edib. 

UFAZ-ın baş katibi Ş.Payen yeni tədris ili üçün 160 yer üzrə tələbə qəbulu elan olunduğunu deyib. Birinci Fransa – Azərbaycan iş və karyera sərgisi, UFAZ yay məktəbi və bütün bunların Azərbaycanlı gənclər üçün yaratdığı imkanlardan danışıb, UFAZ-da tədris prosesi, ixtisaslar, tələbə həyatı, keçilən fənnlər və əcnəbi müəllimlər haqqında ətraflı məlumat verib.

UFAZ-a göstərilən maraq və Avropa standartlarına uyğun təhsildən danışan ADNSU-nun rektoru, professor M.Babanlı UFAZ-da təhsil almaq istəyən abituriyentlər və onların valideyinlərinə universitet və təhsil qaydaları haqqında geniş məlumat verib.

Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.