Card image cap

ADNSU-nun elektron kitabxanasına 9000 adda elektron jurnal əlavə olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Əsaslı kitabxanası, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində oxuculara elektron informasiya təminatçısı kimi fəaliyyət göstərir.

19.06.2017-ci il tarixindən EBSCO elektron nəşriyyatına daxil olan 9000 adda elektron jurnallar (onlardan 7851-i resenziya olunan) universitetin oxucuları üçün açıqdır (searsh.ebscohost.com). Eyni zamanda həmin bazaya ADNSU-nun səhifəsinin Kitabxana bölməsində axırıncı cümləyə toxunmaqla daxil olmaq və istifadə etmək mümkündur.

2017-ci il üçün EBSCO-dan əlavə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna təqdim olunan e. resursların (beynəlxalq nəşriyyatların) siyahısını sizə təqdim edirik.

1. Oxford University 25 jurnal-açıqdır (siyahı təqdim olunacaq)
2. Cambridge University (Free trial ala bilərik)
3. IOP-Open Access Journals, (açıqdır) iopscience.iop.org, Open Access Books, physicsworlddiscovery.org
4. Hein Online 
5. IMF
6. Taylor & Francis
7. Euromonitor International
8. ASTM Compass platform (free trial ala bilərik – 1 ay)
9. Royal Society Publications (açıqdır)
10. BioOne (açıqdır)
11. Elgaronline (2019-cu ilin axırına gədər açıq olacaq) www.elgaronline.com və http://www.elgaronline.com/noresults?access=user
12. Duke University Press www.doabooks.org (225 nəşriyyatdan 8872 adda peer-reviewed kitablar açıqdır)

13. Directory of Open Access Journals www.doaj.org (122 ölkədən 10082 adda- jurnal açıqdır)


Bu isə EBSCO-nun linkidir: http://search.ebscohost.com