Card image cap

ADNSU-nun rektoru Universitet Rektorları Beynəlxalq Assosiasiyasının iclasında iştirak edir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, prof. Mustafa Babanlı üzvü olduğu Universitet Rektorları Beynəlxalq Assosiasiyasının yarımillik iclasında iştirak etmək üçün ABŞ və Meksikada səfərdədir. San Dieqo Universiteti (ABŞ) və CETYS Universitetinin (Meksika) həmtəşkilatçılığı ilə keçirilən və 1-5 fevral tarixlərində baş tutan tədbirin ilk günü açılış mərasimi ilə başlayıb.

Qeyd edək ki, Mustafa Babanlı 2016-cı ildən Universitet Rektorları Beynəlxalq Assosiasiyasının üzvüdür. Bu yaxınlarda qurum tərəfindən Mustafa Babanlının şəxsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə regional koordinatorluq və növbəti iclasın 2018-ci ildə Bakıda keçirilməsi təklif olunub.