Card image cap

ADNSU rektoru San Dieqoda dünyanın 70-dək ali məktəbinin rəhbərləri ilə birgə ali təhsildə innovasiyalara dair müzakirələrdə iştirak edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, prof. Mustafa Babanlı fevralın 2-də San Dieqo Dövlət Universitetində (San Diego State University) Universitet Rektorları Beynəlxalq Assosiasiyasının (URBA) yarımillik iclası çərçivəsində keçirilən “Ali təhsildə innovasiyalar: gözləntilər və çağırışlar” mövzusunda dəyirmi masa və panellərdə aparılan müzakirələrdə iştirak edib. 20-dən çox ölkədən 70-dək ali məktəb rəhbərinin qatıldığı görüşdə müxtəlif ölkələrin təcrübələrindən bəhs edilib, təhsildə innovasiyaların və innovativ biznesin rolu və perspektivləri ilə bağlı intensiv fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Mustafa Babanlı 2016-cı ildən Universitet Rektorları Beynəlxalq Assosiasiyasının üzvüdür. Bu yaxınlarda qurum tərəfindən Mustafa Babanlının şəxsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə regional koordinatorluq və növbəti iclasın 2018-ci ildə Bakıda keçirilməsi təklif olunub.