Card image cap

ADNSU-da Bank of Baku-nun nümayəndələri ilə görüş keçirilib

Bank of Baku 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə 2 oktyabr - 3 noyabr 2017-ci il tarixlərində təhsil müəssisələrində çalışanlar üçün “Nağd Pul Krediti üzrə Faizsiz Aylar, Bolkart üzrə Hədiyyə BAL-lar” kampaniyası keçirir.

Bu məqsədlə oktyabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Bank of Baku-nun nümayəndələri universitetin əməkdaşları ilə görüş keçirib. Bankın nümayəndələri Rafael Hüseynov və Zərnigar Hüseynli müəllimlərə ətraflı məlumat verib və kampaniyanın üstünlüklərindən danışıblar.

Sonda kampaniya haqqında olan suallar cavablandırılıb.