Card image cap

ADNSU-da Beynəlxalq Əməkdaşlıq Şöbəsinin Məlumat günü tədbiri keçirilib

Oktyabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Beynəlxalq Əməkdaşlıq Şöbəsinin (BƏŞ) Məlumat günü tədbiri keçirilib.

Tədbirdə çıxış edən BƏŞ-in müdiri Cəmilə İsmayılzadə şöbənin fəaliyyət istiqamətləri, 2 il ərzində görülən işlər və eyni zamanda tələbələr üçün nəzərdə tutulan mübadilə proqramları, yay məktəbi və təlimlər haqqında ümumi məlumat verib. Beynəlxalq proqramlar və Karyera Mərkəzinin yaradılması kimi yeni layihələr haqqında danışan C.İsmayılzadə tələbələri sosial bacarıqlarının inkişafı üçün planlaşdırılan təlimlərdə iştirak etməyə dəvət edib.

BƏŞ-in mübadilə proqramları üzrə koordinatoru Leyla Nağıyeva və layihələr üzrə mütəxəssis Nərmin Həmidli tələbələri Erasmus+, Mevlana və DAAD akademik mübadilə proqramlarının mahiyyəti, müddəti və qaydaları barədə məlumatlandırıb.

Tələbələrə “ADNSU Yay məktəbi 2017” haqqında məlumat verən Beynəlxalq tədbirlər üzrə koordinator Elmira Həsənova şöbənin iştirak etdiyi beynəlxalq sərgilər haqqında danışıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.