Card image cap

ADNSU-da Məzun-Karyera Mərkəzinin növbəti təlimi baş tutub

Noyabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun-Karyera Mərkəzinin təşkilatı dəstəyi ilə “Vaxtın idarə olunması” mövzusunda ikinci təlim baş tutub. Təlim Lamiyə Səfərova tərəfindən aparılıb.

Qeyd edək ki, Mərkəz tərəfindən bu cür təlimlərin mütəmadi olaraq təşkil olunması nəzərdə tutulub. Təlimlərin beynəlxalq şirkət nümayəndələri, təcrübəli təlimçilər tərəfindən keçirilməsi planlaşdırılır.