Card image cap

ADNSU tələbələri Bayraq və Konstitusiya gününə həsr olunmuş bədii təqdimatla çıxış ediblər

Noyabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 9 noyabr Bayraq Günü və 12 noyabr  “Konstitusiya günü” ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tərbiyə İşləri üzrə prorektoru, dosent Ata Babayev gənclərin bayraq günü ilə bağlı təşəbbüslərini yüksək qiymətləndirib və üç rəngli bayrağımızın tarixindən danışıb. Azərbaycan bayrağında xalqımızın keçmişi, bu günü və gələcəyinin əks olunduğunu deyən prorektor, dosent A.Babayev bu gün münasibətilə hər kəsi təbrik edib.

Tədbirdə Azərbaycan bayrağının hazırda fəxarətlə dalğalanması üçün görülən işlərdən, eləcə də Azərbaycan Respublikasının əsas qanununun – Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunma tarixindən bəhs olunub.

Tədbirdə istedadlı gənclər şeirlər söyləyib, vətənpərvərlik mahnıları ilə çıxış ediblər.