Card image cap

ADNSU tələbələri DTX-nin Heydər Əliyev adına Akademiyasının "Şöhrət" muzeyində olublar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiya fakültəsinin tələbələri Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının "Şöhrət" muzeyində olublar.

Tələbələr "Şöhrət" muzeyində dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanış olublar.

Qeyd edək ki, "Şöhrət" muzeyinin eksponat və stendlərində olan unikal sənədlər, arxiv materialları Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, ömür yolunu, xalqımızın tarixində və taleyində oynadığı misilsiz rolu, o cümlədən həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı iş dövrünü, onun şəxsən həyata keçirdiyi və peşəkarlıq zirvəsinin nümunələri olan əməliyyatlar haqqında məlumatları əks etdirir.