Card image cap

Strasburqda UFAZ-ın Rəhbər Komitəsinin iclası keçirilib

Noyabrın 22-də Strasburq Universitetində (Unistra) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) Elm Komitəsinin ilk iclası keçirilib. İclasda Elm Komitəsinə Unistra və ADNSU-nun hər birindən bir direktorun seçilməsi, Elm Komitəsinin daxili qaydalarının müəyyən edilməsi, birinci tədris ilinin fəaliyyətinin nəticələri, 2018-ci tədris ili üçün xarici tələbələrin UFAZ-a qəbul şərtləri və başqa məsələlər müzakirə olunub.

Noyabrın 23-də Unistrada UFAZ-ın Rəhbər Komitəsinin ikinci iclası keçirilib. İclasda Unistra prezidenti Michel Deneken, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Muxtar Məmmədov, Fransa Xarici İşlər Nazirliyinin Ali təhsil və araşdırma üzrə direktoru Clelia Chevrier-Kolacko, həmçinin, ADNSU, Unistra və UFAZ-ı təmsil edən nümayəndələri iştirak edib.

Görüşdə cari tədris ilinin rəqəmləri, UFAZ-ın birinci tədris ili üzrə qiymətləndirmə hesabatı, büdcənin idarə edilməsi, pedoqoji və elmi məsələlər, UFAZ-ın inkişaf strategiyası və s. məsələlər müzakirə olunub.

UFAZ-ın Rəhbər Komitəsinin növbəti iclasının 2018-ci ildə Bakıda keçirilməsi planlaşdırlır.