Card image cap

ADNSU-da “Xaricdə təhsil: imkanlar, şərtlər, tələblər” mövzusunda təlim keçirilib

Noyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun-Karyera Mərkəzinin təşkilatçılığı ilə “Xaricdə təhsil: imkanlar, şərtlər, tələblər” mövzusunda növbəti təlim keçirilib. Təlim Böyük Britaniyanın Mançester Universitetinin məzunu və Azərbaycan-Britaniya Məzunları Birliyinin (AUKAA) sədri Ziya Qafarlı və ADNSU-nun Beynəlxalq Əməkdaşlıq şöbəsinin layihələr üzrə mütəxəssisi Nərmin Həmidli tərəfindən aparılıb.

Təlimdə Macarıstan, Çin (Asiya) universitetlərində təhsil, xarici universitetlərdə müxtəlif təhsil pillələrində təhsil almağın üstünlükləri, Socar, BP kimi şirkətlərin təqdim etdiyi təqaüdlər, ADNSU-nun Beynəlxalq Əməkdaşlıq Şöbəsinin həyata keçirdiyi mübadilə proqramları, xaricdə təhsil, təqaüdlər haqqında məlumat verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.