Card image cap

ADNSU-da Elmi Şuranın iclası keçirilib

Noyabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın iclası keçirilib. İclası açıq elan edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı gündəmdə duran məsələlər barədə Şura üzvlərinə məlumat verib.

İnzibati-təsərrüfat işləri üzrə prorektor Elçin Ağakişiyev qış mövsümünə hazırlığın vəziyyəti barədə hesabat verib.

Əcnəbi tələbələrlə iş üzrə dekan, t.e.n. Yaşar Həsənov əcnəbi tələbə və doktorantların təhsilinin vəziyyəti barədə məlumatları diqqətə çatdırıb.

Daha sonra Elmi katib müsabiqə və kvalifikasiya işləri barədə Şura üzvlərinə məlumat verib.

Həmçinin, iclasda ADNSU nümayəndə heyətinin Strasburqa (Fransa) işçi səfərinin yekunları, ötən tədris ilində bakalavr buraxılış işləri və magistr dissertasiyalarının antiplagiat proqramı ilə yoxlanılmasının nəticələri, UFAZ-da imtahanların keçirilməsi, 2016/2017-ci tədris ilinin yay semestrində baş vermiş neqativ hallar və s. məsələlər müzakirə olunub.