Card image cap

ADNSU tələbəsi elmi-praktik konfransda məruzə ilə çıxış edib

Noyabrın 28-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ali məktəblərin kursant və tələbələrinin iştirakı ilə “Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda müxtəlif ali məktəblərin kursant və tələbələri məruzələrlə çıxış ediblər. Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) II kurs magistrantı Nəbi Bayramov “Su hövzələrinə dağılan neft və neft məhsullarının yığılması üçün effektiv adsorbentin seçilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirin sonunda ADNSU-nun tələbəsi N.Bayramov çıxışına görə fəxri fərmanla təltif olunub.