Card image cap

ADNSU-da “Azİİ Məzunları” İctimai Birliyi təsis olunub

Dekabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye  Universitetində (ADNSU) “Azİİ məzunları” İctimai Birliyinin təsis yığıncağı keçirilib. Tədbirdə ADNSU-nun 50-dək məzunu iştirak edib.

Tədbirdə “Azİİ məzunları” İB-nin Nizamnaməsi qəbul olunub, İdarə Heyəti və Nəzarət-Təftiş Komissiyasının üzvləri seçilib. Sonra İctimai Birliyin sədri vəzifəsinə Azİİ məzunu Nuran Hüseynovun namizədliyi irəli sürülüb. Nuran Hüseynov yekdilliklə “Azİİ Məzunları” İctimai Birliyinin sədri seçilib.

Ona göstərilən etimada görə yığıncaq iştirakçılarına təşəkkürünü bildirən Nuran Hüseynov doğma universitetin məzunlarını birləşdirən təşkilata rəhbər seçilməsindən qürur duyduğunu, “Azİİ məzunları” İB-nin fəaliyyətinin uğurlu olacağına və bu yolda mühüm əhəmiyyət kəsb edən işlər görüləcəyinə ümidvar olduğunu bildirib.