Card image cap

ADNSU-da SABAH qruplarının aylıq hesabat iclası keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SABAH Mərkəz Rəhbərlərinin aylıq iclası keçirilib. İclasda SABAH icra komitəsinin rəhbəri, qurumun tədris işləri üzrə meneceri, müəllimlər üzrə meneceri və 11 ali təhsil müəssisəsinin SABAH mərkəz rəhbərləri iştirak edib.

İclas açıq elan edildikdən sonra qurumun tədris işləri üzrə meneceri Eldar Qocayev 2016-2017-ci tədris ilinin I semestrinin nəticələrindən danışıb.

SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadənin rəhbərliyi ilə 2016-2017-ci il II semestrində qarşıda duran əsas məsələlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb. SABAH qruplarında qış karyera məktəbinin, startap və müəllimlərin formunun keçirilməsi haqqında məsələlər müzakirə olunub.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH mərkəz rəhbərlərinin universitetlərdəki aylıq hesabatına dair çıxışları olub.