Card image cap

ADNSU-da Headway şirkətinin növbəti təlimi baş tutub

Dekabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun-Karyera Mərkəzinin “Xoşbəxtliyimiz əlimizdədir” mövzusunda növbəti təlimi keçirilib. Təlim Headway şirkətinin təsisçisi Xəyyam Rəfili tərəfindən aparılıb.

Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Mərkəz tərəfindən bu cür təlimlərin mütəmadi olaraq təşkil olunması nəzərdə tutulub. Təlimlərin beynəlxalq şirkət nümayəndələri, təcrübəli təlimçilər tərəfindən keçirilməsi planlaşdırılır.