Card image cap

ADNSU-nun rektoru Çinin Lançjou Neft-Kimya Kollecinin tələbələri ilə görüşüb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlının rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına səfər çərçivəsində dekabrın 24-də Lançjou Neft-Kimya Kollecinin tələbələri ilə görüşüb. Rektor Mustafa Babanlı universitetin tarixi, tədris prosesi, fəaliyyət istiqamətləri haqqında çinli tələbələrə məlumat verib. ADNSU-da dünyanın bir çox ölkələri üçün mütəxəssis hazırlandığını söyləyən rektor M.Babanlı hazırda ADNSU-da bakalavriatura və hazırlıq pilləsində 50-dən artıq Çin vətəndaşının təhsil aldığını qeyd edib.

Daha sonra rektor, professor Mustafa Babanlı tələbələrin suallarını cavablandırıb.

Qeyd edək ki, səfər çərçivəsində Lançjou Neft-Kimya Kollecinin hər il 200-ə yaxın məzununun ADNSU-da hazırlıq, bakalavr və gələcəkdə magistr səviyyələri üzrə təhsil almalarına dair razılıq əldə olunub və tərəflər arasında əməkdaşlığa dair müqavilə imzalanıb.