Card image cap

ADNSU-da Elmi Şuranın iclası keçirilib

Dekabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın iclası keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı gündəmdə duran məsələlər barədə Şura üzvlərinə məlumat verib. Sonra tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov Qış imtahan sessiyasına hazırlığın vəziyyəti barədə Elmi Şura üzvlərinə geniş məlumat verib. Rektor, professor Mustafa Babanlı Dissertasiya şuralarının fəaliyyəti haqqında məlumatları diqqətə çatdırıb.

Elmi Şuranın iclasında Qaz-neft Mədən fakültəsinin dekanı, dosent Qafar İsmayılov və Kimya Texnologiya fakültəsinin dekanı, dosent Fəttah Həşimov illik hesabatla çıxış ediblər.

İclasda həmçinin, ADNSU-nun nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri, 2018-ci il üçün əlavə maaşın hesablanması komissiyasının işinin yekunları, nizam-intizam məsələləri və digər məsələlər müzakirə olunub.