Card image cap

ADNSU-nun professor-müəllim heyətinə veriləcək əlavə maaşların hesablanması üçün yaradılmış komissiyanın SON HESABATI

ADNSU-nun professor-müəllim heyətinə veriləcək əlavə maaşların hesablanması üçün təlimat Elmi Şurasının 25 yanvar 2017-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. 2017-ci il dekabr ayının 1-dən 7-nə qədər universitetin 71 əməkdaşı sənədlərini ADNSU-nun rektoru, professor Mustafa Babanlının sədri olduğu komissiyaya təqdim etmişdir. Təqdim olunmuş sənədlər komissiyanın 8-15 dekabr 2017-ci il tarixlərində keçirilmiş iclaslarında araşdırılmış və müsabiqənin şərtlərini tam ödəyən əməkdaşlarının siyahısı müəyyən edilərək dekabr ayının 16-da universitetin saytında yerləşdirilmişdir.

Komissiyanın təqdim etdiyi nəticə ilə razı olmayan iddiaçılar apellyasiya ərizəsi ilə rektora müraciət edə bilmişdirlər. Apellyasiya komissiyası müraciətlərə 2017-ci ilin dekabr ayının 18, 19 və 20-də saat 12:00-dan 14:00-a qədər 218-ci saylı otaqda baxaraq müsabiqənin şərtlərini tam ödəyən əməkdaşlarının son siyahısını təqdim edir:

Əfəndiyeva Zərifə Cahangir qızı – 48 bal
Salavatov Tulparxan Şarabudinoviç – 62,55 bal
Qurbanov Hüseyn Ramazan oğlu – 40,2 bal
Rəsulov Sakit Rauf oğlu – 40,2 bal
Rzayev Abbas Heydər oğlu – 63,8 bal
Mustafayeva Gülşən Rəsul qızı – 39 bal
Əmirov Fariz Əli oğlu – 52,6 bal
Şıxəliyev Kərəm Seyfi oğlu – 95,6 bal
Həsənov Ələkbər Ağasəf oğlu – 43,2 bal
İbrahimov Çingiz Şirin oğlu – 81,4 bal
Yusubov Fəxrəddin Vəli oğlu – 62,4 bal
Şirinova Dürdanə Bakir qızı – 41 bal
Quliyeva Sevinc Nizami qızı – 25 bal
Həbibov İbrahim Əbülfəz oğlu – 42,3 bal
Məlikov Rauf Xəlil oğlu – 37,2 bal
Əliyeva Kəmalə Rafiq qızı – 66 bal
İsmayılov Bəhram İsrafil oğlu – 35,4 bal
İsmayılova Kəmalə Şirin qızı – 41 bal
Abdullayev Vaqif Maarif oğlu – 83 bal
Əliyev Araz Rafiq oğlu – 108,4 bal
Həmzəyev Xanlar Mehvəli oğlu – 57,2 bal
Xəlilov Elnur Həsən oğlu – 47 bal
Qardaşova Lətafət Abbas qızı – 87,4 bal
Zeynalova Lalə Mehdi qızı – 82 bal
Cabbarova Könül İmran qızı – 53 bal
Bayramova Aygun Seymur qızı – 25 bal
Hüseynov Oleq Hacıağa oğlu – 60,4 bal
Yusubov Fikrət Fəxrəddin oğlu – 25 bal
Əlizadə Akif Vəli oğlu – 31 bal
Məmmədova Fəridə Məmməd qızı – 35 bal
Aslanov Camaləddin Nurəddin oğlu – 42,3 bal

 

Bütün nəticələr universitetin Elmi Şurasının 27 dekabr 2017-ci il tarixində keçirilən iclasına təqdim olunmuş və Elmi Şura tərəfindən təsdiq edilmişdir.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı müvafiq əmri imzaladıqdan sonra 2018-ci ilin yanvarın 1-dən başlayaraq növbəti 12 ay ərzində əlavə maaşların ödənilməsi aparılacaqdır.