Card image cap

ADNSU-nun rektoru AUKAA İdarə heyətinin üzvləri ilə görüşüb

Dekabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Azərbaycan-Britaniya Məzunları İctimai Birliyinin (AUKAA) yeni təyin olunan idarə heyətinin üzvləri ilə görüşüb. Görüşdə Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cəmilə İsmayılzadə, AUKAA İdarə heyətinin sədri Tural Məhərrəmov və İdarə heyətinin üzvü Səməd Şəfisoy iştirak edib.

Görüş çərçivəsində qarşıda duran vəzifələr və görüləcək işlər müzakirə olunub. Həmçinin 2018-ci ildə nəzərdə tutulan layihələr və birgə əməkdaşlıq istiqamətləri haqqında ətraflı söhbət aparılıb. AUKAA idarə heyətinin sədri Tural Məhərrəmov universitetlə birgə həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihə təklifləri irəli sürüb.

Gəncləri universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor M.Babanlı birgə əməkdaşlığın universitet üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. AUKAA-nın təklif etdiyi layihələrə dəstək olduğunu deyən rektor M.Babanlı əlaqələrin daha da inkişaf etdirilməsi və eyni zamanda tələbələrlə bağlı layihələrin icrası yönündə geniş işlər aparılacağını qeyd edib.