Card image cap

UFAZ-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

Yanvarın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. “Ümumxalq matəm günü 20 Yanvar faciəsini unutmadıq, unutmayacağıq” adlı anım mərasimi faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Çıxış edən UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən dəhşətli hadisədən,  xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb. Həmin dövrün siyasi mənzərəsi və xalqın azadlıq uğrunda mübarizəsindən bəhs edən  V.Əsgərov 20 Yanvar faciəsi ilə Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdiyini deyib.

Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən video lent nümayiş olunub. Daha sonra II kurs tələbəsi Leyla Bağırova 20 Yanvar faciəsi haqqında çıxış edib.